NATO-nun baş katibi Yens Stoltenberq iyunun 12-13-də Finlandiya və İsveçə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.
Qeyd olunur ki, Y.Stoltenberq mayın 12-də Finlandiya prezidenti Sauli Niinistö və digər rəsmi şəxslərlə, iyunun 13-də isə İsveçin baş naziri Maqdalena Andersson və hökumət üzvləri ilə görüşlər keçirəcək.
Bu görüşlər zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, bu ölkələr mayın 18-də alyansa üzv olmaq üçün rəsmi müraciət təqdim etmişdi. NATO üzvü olan Türkiyə hər iki ölkənin terroru dəstəklədəyini ifadə edərək onların NATO-ya üzvlüyünə qarşı çıxır.