Bakıda körpüdə qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti - metronun "Koroğlu" stansiyasının yaxınlığı, Qara Qarayev prospekti istiqamətində - körpüdə qeydə alınıb.

Nəticədə yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.