“Real”ın yay fasiləsində heyətinə cəlb etdiyi ikinci futbolçu rəsmən müəyyənləşib.
"Unikal" xəbər verir ki, Antonio Rudigerdən sonra “Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni də “kral klubu”na keçib.
Madrid təmsilçisi 22 yaşlı orta sahə oyunçusunun keçidini tvitter səhifəsi vasitəsilə bəyan edib. Hələlik transferin ispanlara neçəyə başa gəlməsi və müqavilənin digər detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Orelyen Çuameni “Monako”ya 2020-ci ildə “Bordo”dan keçib.