Sel Goranboyda fəsadlara yol açıb.
"Unikal"ın məlumatına görə, qeyri-sabit hava şəraiti nəticəsində güclü yağış selə çevrilərək Goranboy rayonunda bir sıra fəsadlar törədib. Nəticədə Aşağı Ağcakənd qəsəbəsində bir neçə istirahət mərkəzi sel sularının altında qalıb. Həmçinin ərazidə olan bəzi avtomobillər də ziyan görüb. Qəfil güclənən yağış Qaraçayda sululuğu artırıb. Nəticədə çayın ətrafında fəaliyyət göstərən bir neçə obyekt palçıq-lil qatının altnda qalıb. Həmçinin rayonun dağ kəndlərinə gedən yollarda müəyyən çətinliklər yaranıb.
Adiyyatı qurumlar əraziyə texniklar cəlb edərək yaranmış çətinliyi aradan qaldımağa çalışırlar.
Ehtiram Muradov
Goranboyda baş verən güclü selin görüntüsü. pic.twitter.com/xBqhuAFD4b
— Unikal Media Group (@UnikalOrgPortal) June 11, 2022