Bakının Sabunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.