Rusiya Federasiyasının Ukraynaya qarşı 120 günlük müharibə planı var. Ancaq bu, uğursuzluqlar səbəbindən hər ay düzəldilir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin "Telegram" kanalında qeyd olunub.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin sözlərinə görə, Kiyev, Xarkov və Odessanı ələ keçirmək planının baş tutmaması işğalçıları Ukraynanın şərqində cəmləşdirməyə məcbur edib. Bu günə qədər Rusiya tərəfi Ukrayna ərazisində 103 batalyon taktiki qrupu yerləşdirib və daha 40-a yaxını ehtiyatdadır.
Ağarza Elçinoğlu