Rusiya prezidenti Vladimir Putin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra edilməməsinə icazə verən qanunu imzalayıb.
"Unikal" Rusiyanın hüquqi informasiya portalına istinadən xəbər verir ki, Rusiya AİHM-in 2022-ci il martın 15-dən sonra verdiyi qərarlara əməl etməyə bilər. Əvvəlki qərarlar üçün kompensasiya 2023-cü ilin yanvarına qədər ödənilə bilər, ancaq yalnız rus rublu ilə.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının Dövlət Duması Moskvanın Avropa Şurasından çıxarılmasından sonra Avropa İnsan Haqları Məhkəməsindən çıxmağa səs vermişdi.
Qərar AİHM-in bəzi qərarlarının guya Rusiya qanunvericiliyinə zidd olması ilə əlaqədar olub.
Ağarza Elçinoğlu