Çexiyada kiçik idman təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı pilot həlak olub, sərnişin isə ağır yaralanıb.

Hadisə ölkənin cənubunda baş verib. Qəzanın səbəbləri araşdırmaq üçün hadisə yerində ekspert qrupu işləyir.