Almaniya kansleri Olaf Şolz iyun ayında Fransa prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə Kiyevə səfər etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
"Xüsusi səyahət planları var", - deyə nəşr qeyd edib.
Səfərin iyunun 26-28-də keçiriləcək G7 sammitindən əvvəl baş tutacağı gözlənilir. Nəşrin məlumatına görə, Berlin və Paris uzun müddətdir ki, birgə səfərlə bağlı danışıqlar aparır.
Nəşr qeyd edir ki, Şolz, Makron və Draqinin səfəri Ukrayna məsələsində Avropanın birliyinə şahidlik etməlidir.
Ağarza Elçinoğlu