Fransada Milli Assambleyaya seçkilərin birinci turu keçirilir.
"Unikal" xəbər verir ki, səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı platasına 577 deputatı seçməlidir.
Səsvermə Fransanın əsas ərazisində 08.00-dan 20.00-dək keçiriləcək. Saat fərqinə görə Dənizaşırı ərazilərdə səsvermə dünən başa çatsa da, nəticələr bu axşam elan ediləcək.
Səsvermənin ikinci turu iyunun 19-na təyin edilib.