İndoneziyanın Yava adasının yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri 50 min nəfər əhalisi olan Catiroto yaşayış məntəqəsindən 57 kilometr cənub-şərqdə yerləşib, zəlzələ ocağının dərinliyi 33 kilometr təşkil edib.
Dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.