Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 silahlısını zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yaraqlılar həmsərhəd ölkənin üç bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.
Qurumdan bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində addımlarını davam etdirəcək.