Bu il Boris Nemtsov mükafatının laureatı Ukrayna prezidenti Volodimir Zelenski olub.
"Unikal" xəbər verir ki, bu barədə Boris Nemtsovun “Azadlıq uğrunda” Fondu məlumat yayıb.
Nemtsov Fondu mükafatı müharibə şəraitində olan Ukrayna nümayəndələrinə təqdim etmək qərarına gəlib. Namizədlər arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş həkimləri-könüllülər birliyinin təsisçisi Yuliya Paevskaya (Taira), prezidentin müşaviri Aleksey Aretoviç və başqaları olub.
Fondun təsisçiləri və İdarə Heyətinin səsverməsinin nəticələrinə əsasən, Ukrayna prezidenti qalib olub.
Bundan başqa, Amerikanın “Time” nəşrinin oxucularının fikrincə, mayda Zelenski ilin ən nüfuzlu adamı olub.