Bərdə rayonunda həmkəndlilər arasında düşən mübahisə qanla nəticələnib.
"Unikal"-ın məlumatına görə, hadisə rayonun Kələntərli kəndində qeydə alınıb. Belə ki, 59 yaşlı kənd sakini Nayliman Lətifov aralarında düşən mübahisə nəticəsində həmkəndlisi 1964-cü il təvəllüdlü Adil Şükürovu tüfənglə vurub. Güllə A. Şükürovun qoluna dəyib və o ciddi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Həsən Adığözəlov