Rusiyada saxlanılan Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərinin anaları oğullarını Ukraynaya qaytarmamağı xahiş etməyə başlayıblar.
“Unikal” xəbər verir ki, bu barədə Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili deyib.
"Sevastopolda Ukrayna vətəndaşlarını, hərbi əsirləri qəbul edəndə onların əksəriyyəti məndən öz taleyi ilə bağlı məlumat verməyi xahiş etdi.
Döyüşçülərin ailələri (anaları) onların ya yenidən cəbhəyə göndəriləcəklərinə, ya da repressiyaya məruz qalacaqlarına inanırlar” - Moskalkova bildirib.
Moskalkova onu da qeyd edib ki, oxşar müraciətlər iki hərbi əsirdən də daxil olub.