Melitopolda Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binası yaxınlığında partlayıcı qurğu işə düşüb, iki nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, partlayış barədə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəis müavini Aleksey Selivanov öz Telegram kanalında bildirib.
"Rusiya Günündə Melitopolda terror aktı. Partlayıcı qurğu Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binasının yaxınlığındakı zibil qutusuna qoyulub. Bütün əməkdaşlar və hərbçilər sağdır" - o yazıb və əlavə edib ki, iki mülki şəxslər yaralanıb.
O izah edib ki, yoldan keçən qız xəsarət alıb. "O, yaralanıb, qan içində xəstəxanaya aparılıb. Bir də kürəyindən yaralanan mülki şəxs" - Selivanov bildirib.
Onun sözlərinə görə, hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Melitopolda terror aktı üçün istifadə edilən partlayıcı qurğunun gücü 700-800 qram trotil olub.