Şəmkirdə bədbəxt hadisə baş verib.
"Unikal"-ın məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən rayon sakini 1971-ci il təvəllüdlü Elvar Əliyevi vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə 51 yaşlı kişi hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov