ABŞ Prezidenti Co Baydenin İsrailə səfər edəcəyi tarix açıqlanıb.
 

“Unikal” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Baydenin iyulun 14-də İsrailə səfəri gözlənilir.

Xatırladaq ki, Baydenin Yaxın Şərq səfəri iyun ayına planlaşdırılmışdı. Səfərin təxirə salınmasına səbəb Baydenin gərgin iş qrafiki olub.

Qeyd edək ki, Yaxın Şərqə səfəri çərçivəsində Bayden doqquz ərəb dövlətinin liderlərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən sammitdə iştirak edəcək.