"Windows"un daxili mühafizə sistemləri virusa yoluxmuş təhlükəli kompüterləri təcrid edəcək.
"Unikal" xəbər verir ki, bunu İT shəsində ixtisaslaşmış "BleepingComputer" nəşri yazır.
Mütəxəssislərin diqqətini "Windows"da quraşdırılmış antivirus "Microsoft Defender"-in yeni funksiyası cəlb edib. Məlum olub ki, təhlükəsizlik sistemi şəbəkəyə qoşulmuş konkret kompüterin virusa yoluxması üzə çıxarsa onu təcrid edə bilər.
Qeyd olunur ki, şəbəkədə müdaxilə edənlərin və ya yoluxmuş cihazların izləri aşkar edilərsə, sistem administratorları konkret avadanlığı göstərə bilərlər - bu halda yoluxmuş fərdi kompüter karantinə alınır.
Beləliklə, "Microsoft Defender" problemi lokallaşdırmağa və şəbəkədəki digər qurğuları zərərli proqramların yüklənməsindən qorumağa kömək edəcək.