Bakıda restoranda yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² olan restoran binasının havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.