"NATO və Rusiya arasında danışıqlar Ukraynada müharibəyə son qoya biləcək".
"Unikal" xəbər verir ki, bunu Çinin müdafiə naziri Vey Fenhe Sinqapurda keçirilən “Dialoq Şanqri-La” illik konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ və NATO “atəşkəs üçün ən qısa zamanda şərait yaratmaq üçün” Rusiya ilə danışıqlar aparmalıdır.
Eyni zamanda o, Çinin Rusiya ilə heç bir paktının olmadığını vurğulayıb:
"Bu, birlik deyil, ortaqlıqdır. Rusiya ilə münasibətlər bundan sonra da inkişaf edəcək. Biz Rusiyaya heç bir hərbi və ya maddi dəstək verməmişik (Ukraynaya qarşı müharibə zamanı)".
Onun sözlərinə görə, Çin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.
Gülayə Mecid