İngiltərəli keçmiş kəşfiyyatçı Kristofer Stil Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddialar səsləndirib.
"Unikal" xəbər verir ki, "BBC Radio 4"ə danışan Stil Putinin səhhətinin gündən-günə pisləşdiyini iddia edib.
Onun sözlərinə görə Rusiya liderinin cəmi bir neçə ay ömrü qalıb:
"Mən Putinin 3-6 aydan çox vəzifədə qalacağına inanmıram. Çünki xəstəlik onun həyatına son qoyacaq. Putinin səhhətinin pisləşdiyini göstərən əlamətlər göz qabağındadır".
Son həftələrdə Putinin səhhəti ilə bağlı iddialar tez-tez gündəmə gəlir və bəzi mənbələr Rusiya rəhbərinin xərçəng və ya Parkinson xəstəsi olduğunu iddia edir.
Gülayə Mecid