İran İnqilab Keşikçiləri (“SEPAH”) Hava-Kosmik Qüvvələrində işləyən iki nəfər həlak olub.
"Unikal" xəbər verir ki, İnqilab Keşikçiləri Mərkəzi Əyalət İctimaiyyətlə Əlaqələr İdarəsi mövzu ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada, Hərbi personal Ali Kemani və Hava-Kosmos Qüvvələrində çalışan mülki personal Muhammed Abdusun həyatını itirdiyi bildirilib. Onların ölüm səbəbi hələlik açıqlanmayıb.
Son zamanlar İranda İnqilab Keşikçiləri Korpusunun komandirlərinə qarşı tez-tez sui-qəsdlər baş verir. Tehran administrasiyası bu sui-qəsdlərdə İsraili günahlandırır.
Gülayə Mecid