Bakı sakinində odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əziz Nurullayevdən “Kalaşnikov” markalı avtomat silahı, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.