2022-ci ilin yanvar-may aylarında ölkədə 50867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
"Unikal" xəbər verir ki, barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 11,0 faiz artıb.
ÜDM istehsalının 54,7 faizi sənaye, 7,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olub.