Xarkov üzərində Rusiyanın Su-34 təyyarəsi məhv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"İyunun 12-də Xarkov vilayətinin İzyum rayonu istiqamətində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın Su-34 qırıcı-bombardmançısını vurulub", - məlumatda qeyd olunub.