Ukraynanın Svyatohirsk şəhərinin meri Volodimir Bandura rusların tərəfinə keçib.
"Unikal" xəbər verir ki, bu barədə qondarma “DNR-nin rəhbəri” Denis Puşilin məlumat yayıb.
Puşilin Bandura ilə uzun müddət əlaqə saxladığını və “xüsusi hərbi əməliyyatı” dəstəklədiyini təsdiqləyib.
Qeyd edək ki, Bandura Müxalifət Platformasından boyu deputatdır.
Xatırladaq ki, iyunun 8-də Banduraya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı məlum olub . Mer rus təbliğatçılarına müsahibələr verir, orada açıq şəkildə “Rusiya sülhünü təbliğ edir, Ukraynanın Silahlı Qüvvələrini və dövlət orqanlarını gözdən salır.
Gülayə Mecid