Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası  baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı  2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov