Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İsrailə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti "Twitter"də bildirib.
"İsraildə olmaqdan çox məmnunam. Aİ və İsrail tərəfdaşlığını daha da gücləndirmək üçün birlikdə çalışacağıq.
Səfərim enerji və ərzaq təhlükəsizliyi, elmi-tədqiqat, sağlamlıq və iqlim sahəsində əməkdaşlığı gücləndirəcək.
Biz həmçinin regional vəziyyəti və təhlükəsiz Yaxın Şərq üçün səyləri müzakirə edəcəyik", Lyayen bildirib.