Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.