UNEC tələbəsinin öldüyü qəza ilə bağlı yeni detallar bəlli olub.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi "Mercedes" və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.

Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

xxx

20:46

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi yol qəzasında dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə Universitetin İqtisadiyyat fakültəsindən məlumat verilib.

Qeyd olunub ki, İqtisadiyyat və İdarəetmə" fakültəsinin I kurs tələbəsi olan Qaçıyeva Gülbəniz Bakı-Quba yolunda baş vermiş yol qəzasında vəfat edib. 

Ağarza Elçinoğlu