Bakı-Qazax yolunda baş verən qəza nəticəsində bir nəfərin öldüyü məlum olub.

"Unikal" xəbər verir ki, "Ford" markalı avtomobildə olan sərnişin qəza nəticəsində həlak olub.

***

09:10

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Ford Transit" markalı avtomobillə yük maşını toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əlavə məlumat veriləcək.