Sabirabad rayonunda intihar hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu özünü asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən müharibəsi iştirakçısıdır. M.Manafov ailəli idi, 1 övladı var.

Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Aynurə Xudaverdiyeva