Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən "Unikal"-a verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
xxx
21:48
Bakıda yanğın baş verib.
"Unikal" xəbər verir ki, hadisə Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsində 2 mərtəbəli yaşayış binasında baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Binada olan 1 nəfər tüstüdən zəhərlənib.