Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Moskva Kiyevlə "ədalətli razılaşma" əldə olunana qədər qüvvədə qalacaq.
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ZDF telekanalına müsahibəsində bildirib.
Şoltsun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə söhbətlərində dəfələrlə “diqtə edilmiş sülhün” yolverilməzliyindən danışıb.
O, həmçinin bildirib ki, Almaniya “Krımın ilhaqını” qəbul etməyəcək, çünki bu, beynəlxalq hüququn pozulması olacaq.
Kansler əvvəlcə Ukraynanı ağır silahlarla təmin etməkdə tərəddüd etməsinə dair ittihamları rədd edib, buna görə Ukrayna rəsmilərini və ölkə daxilində bir sıra siyasətçiləri tənqid edib.
Xatırladaq ki, iyunun 16-da Şolts İrpendə olub və gördüklərindən dəhşətə gəlib.
Gülayə Mecid