Səhər saatlarında rus qoşunları Nikolaev üzərindən raket zərbəsi endiriblər - evlər zədələnib, ölü və yaralılar var.
"Unikal" xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının sədri Vitali Kim məlumat yayıb.
"Nikolayevdə səhər saatlarında baş verən raket hücumu nəticəsində 4 yaşayış evi və infrastruktur obyekti zərər çəkib. Hazırda bir itkin düşüb, altısı yaralanıb - onlardan bir uşaqdır. Xilasetmə işləri aparılır", - deyə o, bildirib.