“Biz Ukraynanı işğal etməmişik”.
"Unikal" xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov BBC-yə deyib.
“Biz xüsusi hərbi əməliyyat elan etdik, çünki Qərbə Ukraynanın NATO-ya cəlb edilməsinin cinayət olduğunu başa salmaq üçün tamamilə başqa yolumuz yox idi”, - deyə XİN rəhbəri açıqlama bildirib.
Rusiyanın Böyük Britaniya ilə münasibətləri barədə suala cavab verən Lavrov deyib ki, artıq manevr üçün yer yoxdur:
“Çünki Conson və Truss açıq şəkildə “biz Rusiyanı məğlub etməliyik”, “onu diz çökdürməliyik” deyə iddia edirlər. Yaxşı, davam edin”, - deyə Lavrov cümləsini tamamlayıb.
Aynurə Xudaverdiyeva