Bakıda bəzi yollarda sıxlıq yaranıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospektində əsas yolda mərkəz istiqamətində (Bağırov körpüsünə çatmamış) nasaz nəqliyyat vasitəsi, eyni zamanda həmin istiqamətdə aparılan təmir işləri hərəkət sıxlığına səbəb olub.