Hollandiya kəşfiyyat xidməti Ukraynada hərbi cinayətlərdə ittihamları araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sızmaq üçün saxta şəxsiyyətdən istifadə etməyə çalışan bir rus hərbi agentini aşkar edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin rəhbəri cümə axşamı bildirib ki, Sergey Vladimiroviç Çerkasov aprel ayında Haaqada yerləşən ICC-də təcrübə keçmək üçün Braziliya vətəndaşı kimi Hollandiyaya daxil olmaq cəhd edib.
O, həmçinin saxta sənədlər hazırlayaraq illər əvvələ aid özü haqqında yalan əhatəli həyat hekayəsi də hazırlayıb.
Aynurə Xudaverdiyeva