Botnet rolunu oynayan qlobal rus hakerlik şəbəkəsi "RSocks" məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Haker şəbəkəsinin ləğvinə ABŞ, Almaniya, Hollandiya və Böyük Britaniyanın hüquq-mühafizə orqanları cəlb olunub.
Botnet, sahibinin xəbəri olmadan nəzarət edilən və adətən zərərli məqsədlər üçün istifadə edilən sındırılmış İnternetə qoşulmuş cihazlar qrupudur.
Cihazlar arasında saatlar, marşrutlaşdırıcılar, elektron qaraj açarları, Android cihazları və kompüterlər var.
Məlum olub ki, "RSocks" istifadəçiləri real trafik mənbəyini maskalamaq və ya gizlətmək üçün sındırılmış qurğular vasitəsilə zərərli internet fəaliyyətini yönləndirmək üçün 30-200 dollar arasında pul ödəyiblər.
"RSocks"ın qurbanları ABŞ-da universitet, otel, televiziya studiyası və elektronika istehsalçısı da daxil olmaqla bir neçə iri dövlət və özəl təşkilat olub.