Rusiya Federasiyasının Belqorod vilayətində "Su-25" təyyarəsi qəzaya uğrayıb.

"Unikal"  Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarə elektrik dirəyinə çırpılıb. Hazırda qəza yeri polis tərəfindən mühasirəyə alınıb.

İlkin məlumata görə, təyyarə səhər saat 8 radələrində Nova Slobidka kəndi yaxınlığında yerə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, pilot sağdır.

Gülayə  Mecid