Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin yeni dünya düzəninin formalaşmasını müzakirə ediblər.
"Unikal" xəbər verir ki, Çinin aparıcı ingilisdilli qəzeti "China Daily" bu söhbətin təfərrüatlarını dərc edib.
Qəzetin birinci səhifəsində dərc olunan məqalədə qeyd olunur ki, iki lider arasında aparılan danışıqlarda “daha ədalətli və bərabər” dünya nizamı Rusiya prezidenti tərəfindən bəyan edilib.
Si Cinpin də öz növbəsində Rusiya siyasətində “Ukrayna məsələsinin tarixi üstünlüklərini” ifadə edib.
Söhbət zamanı Çin və Rusiya liderləri beynəlxalq nizamın “daha ədalətli və daha ağlabatan istiqamətdə” inkişaf etdirilməsinin zəruriliyini dəfələrlə vurğulayıblar.
Bundan əlavə, Çin lideri vurğulayıb ki, "qlobal sarsıntılara və dəyişikliklərə" baxmayaraq, iki ölkə arasında münasibətlər "yaxşı inkişaf dinamikası" olaraq qalır.
Xatırladaq ki, Çinin rəsmi CCTV telekanalı Si Tsinpininin Vladimir Putinlə söhbətində Ukraynada mümkün qədər tez sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.
Kremlin mətbuat xidməti Çin liderinin Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyini iddia edərək, iki lider arasında söhbətin bir qədər fərqli versiyasını təqdim edib.
Gülayə Mecid