"Mariupol Ukraynanın ən ölümcül yeridir".

"Unikal"
xəbər verir ki, bu haqda BMT rəsmisi Mişel Baçelet məlumat yayıb.

"Müharibə başlayandan bəri Mariupolda ən azı 1348 adam öldürülüb, Mariupol Ukraynanın ən ölümcül yeridir. Ölənlərin sayı minlərdən çoxdur", - deyə sözçü əlavə edib.

BMT-nin insan haqları üzrə rəsmisi eyni zamanda 10 yaşayış binasından 9-nun və 10 fərdi evdən 6-nın zədələndiyini və ya dağıdıldığını bildirib və buna simvolik nümunə kimi mart ayında teatra hücumu göstərib.

Aynurə Xudaverdiyeva