Rusiya prezidenti Vladimir Putin və onun qoşunları Ukraynaya qarşı müharibədə artıq strateji uduzublar.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin "Sky News" müahibəsində deyib.
"Prezident Putin ordusunun gücünün təxminən 25%-ni kiçik əraziləri fəth etmək üçün istifadə edib və 50.000 adam ölüb və ya yaralanıb. Bunun Rusiyanın uğuru olduğuna dair istənilən fikir cəfəngiyyatdır. Rusiya uğursuzluğa düçar olur. Son bir neçə həftədə o, müəyyən taktiki uğur qazana bilər. Və bu növbəti bir neçə həftə davam edə bilər. Lakin Rusiya strateji baxımdan uduzdu”, - Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin bildirib.
O əlavə edib ki, Moskva Ukraynanın əksər şəhərlərini tutmaq kimi əsas məqsədindən əl çəkməyə məcbur olub və hazırda taktiki döyüşlər aparır.
Gülayə Mecid