Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Abdulvahab Salamzadə küçəsində körpüdə üzü Ziya Bünyadov prospekti istiqamətində baş verib.

Nəticədə yol qəzası hadisəsi sıxlığa səbəb olub. Sıxlıq Qələbə dairəsindən başlayır.