Bakıda avtomobil və obyekt yanıb, xəsarət alan var.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 200 m² olan üçmərtəbəli obyektin (fəaliyyət göstərmir) alkopandan ibarət üzlüyü 4 m² sahədə yanıb. Yüksək temperaturdan obyektin 2 ədəd qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.