"İsveçdəki terror təbliğatı İsveç qanun və orqanlarının nə qədər lal olduğunu göstərir".
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Xorvatiyaya səfəri çərçivəsində Zaqrebdə həmkarı Qordan Qrliç-Radman ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Türkiyənin NATO-ya üzv olması üçün konkret addım görmək istəyirik.
Nazir terror təbliğatı ilə bağlı mühüm mesajlar da verib:
"İsveçdə baş verən son hadisə İsveç qanunlarının və səlahiyyətlilərinin terrorla mübarizədə nə qədər zəif olduğunu göstərir. Terror təşkilatı PKK İsveçi girov götürüb. Bu, İsveç qanunlarının və hakimiyyət orqanlarının terrorla mübarizədə nə qədər zəif olduğunu göstərir. Digər tərəfdən bu terror təşkilatı PKK təkcə Türkiyə deyil, İsveçin milli maraqlarına da xələl gətirməyə çalışır. Xüsusilə də İsveçin NATO-ya üzv olmasının qarşısını almaq üçün əlindən gələni edir. Artıq PKK-ya dəstək verən deputat var. O, həmişə İsveç hökumətini girov götürüb və daim hədələyir. Biz bunu İsveçdə də görürük, İsveçin NATO-ya üzv olmasını istəməyən məmurlar da var. Xüsusilə bu PKK/YPG terror təşkilatı hər cür səy göstərir"-deyə Mövlud Çavuşoğlu bildirib.
Gültəkin Ələsgər