Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ C-8931” markalı yivli silah və 22 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də istintaq tədbirləri davam etdirilir.