Rusiya prezidenti Vladimir Putin ölkədə inflyasiyanın azaldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı deyib.
Prezident əlavə edib ki, 17,8 faiz pik həddindən sonra indi inflyasiya 16,7 faiz təşkil edir və azalmaqda davam edir. Onun sözlərinə görə, iqtisadi dinamika sabitləşir, dövlət maliyyəsi sabitdir. Eyni zamanda Putin 16,7 faiz yüksək inflyasiyanın olduğuna diqqət çəkib.
Qeyd edək ki, Rusiya lideri iyunun əvvəlində ölkədə sıfır inflyasiyadan danışmışdı .
Ağarza Elçinoğlu