"Rusiya prezidenti Vladimir Putin Ukraynada dayanmağı planlaşdırmır. Əgər NATO reaksiya verməsəydi, müharibə və xaos bütün Avropanı təhdid edərdi".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden "Associated Press" agentliyinə müsahibəsində deyib.
Bayden qeyd edib ki, siyasi risklərə və Amerika iqtisadiyyatına zərbə vurmasına baxmayaraq, ABŞ Ukrayna ərazisində Rusiyanın təcavüzünə qarşı durub: "Ancaq heç nə etməmək variantı daha pis idi. Əgər o, Ukraynanı işğal etsə və Belarusa nəzarəti ələ keçirsəydi, bu, NATO üçün təhlükəyə çevrilər və hər şey daha pis ola bilərdi", - ABŞ lideri bildirib.
Ağarza Elçinoğlu